Hirokazu Yasuhara

Hirokazu Yasuhara
yap. 安原広和
Doğum tarixi 12 oktyabr 1965(1965-10-12) (58 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti oyun dizayneri[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hirokazu Yasuhara (弘和安原, Yasuhara Hirokazu?); 12 oktyabr 1965, Yaponiya), həmçinin Kerol Yas (ing. Carol Yas) — Yaponiya geymdizayneri və "Sonic Team" komandasının təsisçilərindən biri. O, "Sonic the Hedgehog" seriyasının Sega Mega Drive/Genesis konsolu üçün satışa çıxarılmış ilk epizodlarında işləmişdir.[1] Yasuhara "Sonic the Hedgehog" videooyun seriyası üzrə 1994-cü ilə qədər işləmişdir. Buna baxmayaraq o, "Sonic 3D", "Sonic X-treme" və "Sonic R" videooyunları üzərində də işləmişdir. 2002-ci ildə o, "Sonic Team" komandasını tərk etmiş və "Naughty Dog" studiyasında işə götülmüşdür. O, "Jak 2" və "Jak 3", eləcə də "Uncharted" seriyasının epizodları üzərində göstərdiyi əməyə görə tanınır. Yasuhara "Namco Bandai Games America" studiyasında baş geymdizayn rejissoru idi. 2012-ci ildən bəri Yasuhara "Nintendo Software Technology" diviziyasında işləyir.[2]

  1. "75 Power Players". Next Generation (ingilis). Imagine Media (11): 54. noyabr 1995.
  2. Körtis, Tom. "Sonic the Hedgehog co-creator Hirokazu Yasuhara joins Nintendo". www.gamasutra.com (ingilis). Gamasutra. 4 aprel 2012. 29 noyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2019.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy